Almaniya deportasiya qaydalarını sərtləşdirir

13-01-2016, 14:14
245

Almaniya deportasiya qaydalarını sərtləşdirirAlmaniya höküməti Kölndə Yeni il gecəsi baş vermiş kütləvi cinayətlərdən sonra deportasiya ilə bağlı qaydaları dəyişməyi planlaşdırır. Deportasiya və cinsi xarakterli hücumlarla bağlı qanunvericiliyin dəyişdirilməsi ilə, ağır cinayətlər törədən xarici vətəndaşların ölkədən departasiyası ilə bağlı bir sıra hüquqi əngəlləri aradan qaldırılacaq.

Bu barədə Daxili İşlər Naziri Tomas di Mazyer Berlində Ədliyyə Naziri Heyko Masla birgə jurnalsitlər üçün keçirdiyi brifinqdə bildirib. Mazyer bildirib ki, planın belə tez razılaşdırılmasına Kölndə baş vermiş insidentlərdən sonra yaranmış ictimai təzyiqlər təsir göstərib. Nazirlər Kabineti və parlament tərəfindən təsdiq olunmalı olan dəyişikliklər, cinsi xarakterli hücumlara, həmçinin başqasının sağlamlığına xəsarət yetirmə, zorakı soyğunçuluğa görə saxlanılmış xarici vətəndaşlar, ölkədən deportasiya olunacaq.

Deportasiya qaydalarındakı dəyişiklik belə cinayətlər törətmiş yeniyetmələrə də şamil olunacaq. Cinayət tödərən miqrantlar, heç bir vəchlə ölkələrinə qayıtmaq istəmədiyindən, deportasiya olunmaqdan yayınmaq üçün bütün vasitələrə əl atırlar.

   //ANS Press