Miqrantları daşıyan qayıq batıb

22-12-2015, 14:22
318

Miqrantları daşıyan qayıq batıbLiviya sahillərində qeyri-qanuni miqrantları daşıyan gəmi batıb.

Nəticədə  2 nəfər ölüb, 10 nəfər itkin düşmüş hesab olunur, 108 nəfəri xilas etmək mümkün olub.
 
Sahil mühafizəsi əməkdaşlarının sözlərinə görə, qayıq xilasedici əməliyyat başlamazdan əvvəl batıb.  Dənizə düşən adamlarda xilasedici jilet olmayıb.

   //APA