Koronavirus peyvəndi olunan deputat virusa yoluxdu

23-10-2020, 17:53
148


Dövlət Dumasının Çelyabinskdən olan deputat Valeriy Qartunq koronavirus əleyhinə "Sputnik V" vaksinini sınaqlarında iştirak edərək, peyvənd olunmuşdu.

Nəzər Media.az xəbər verir ki, buna baxmayaraq o koronavirusa yoluxub.

Parlament üzvü video müraciətində bildirib ki, peyvənddən sonra çox arxayın idi. Düzdür, təhlükəsizlik tədbirlərinə tam əməl edirdim. Amma koronavirus istənilən insanı hər an yaxalaya bilər, hətta ən ciddi qorunanı da".

Deputat hesab edir ki, görünür peyvənd ona plasebo effekti verib.

O, indi özünü yaxşı hiss etdiyini, 2 dəfə test verdiyini bildirib.

//medicina.az