Türkiyədən Rusiyaya sərt cavab

11-12-2015, 13:06
256

Türkiyədən Rusiyaya sərt cavabAnkara Kremlin sanksiyalarına qarşı müvafiq addımlar atır.

Türkiyə Rusiyaya məxsus buğda daşıyan gəmini saxlanyıb.

Gəmi ölkənin Trabzon limanında həbs edilib.

"Astra" adlı gəmi Türkiyənin sahil mühafizə xidməti tərəfindən saxlanılıb. Müvafiq orqanlar gəminin saxlanılma səbəbini açıqlamayıb.

Hazırda Türkiyədə "Astra" dan başqa daş kömürü daşıyan "Volqa-44" yük gəmisini saxlayır.

Bundan əvvəl Türkiyə Rusiyaya məxsus 5 yük gəmisini saxlamışdı. Gəmilər Samsun limanında saxlanılıb. "Omsk 105", "Rusich 1", "Neva" və "Kristal" gəmilərdə yoxlamalar başlayıb.

Gəmilər PSC yoxlanışı üçün saxlanılıb (PSC ölkələrin limanlarına gələn xarici bayraqlı gəmilərə beynəlxalq konvansiyonların tələbinə uyğunlun yoxlanış formasıdır).

Yük gəmiləri Rusiya Dənizçilik İdarəsinin müfəttişləri tərəfindən hazırlanan sənədlər əsasında yoxlanılır. Yük gəmiləri Novorossiysk limanında saxlanılıb. Bu gəmilərin adları - "Meyra", "Adalady", Halil Şahin, Mert Deval, Mahmud Saka adlı yük gəmiləri olub.

   //ANS Press