Hava limanında partlayış,14 nəfər öldü

9-12-2015, 13:17
62

Hava limanında partlayış,14 nəfər öldüƏfqanıstanın cənubunda yerləşən Kandahar hava limanında partlayış olub.

Partlayış nəticəsində 14 nəfər həlak olub.

Xarici KİV-lərin məlumatına əsasən, Kandahar aeroportunda baş vermiş əməliyyat zamanı əfqan hərbçiləri ilə yanaşı, dinc sakinlərin öldüyü də deyilir.

Hadisənin törədilməsini "Taliban" terror qruplaşması öz üzərinə götürüb.

Məlum olub ki, iki Taliban hücumçusu aeroport yaxınlığındakı mehmanxanaların birində özünü partladıb. Daha sonra isə başqa döyüşçülər atışma həyata keçiriblər.

Taliban - 1994-cü ildə yaranan və 1996-2004-cü illər arası Əfqanıstanın bütün ərazisini əhatə edən hərəkatdır. Hərəkat Qəndəhar şəhərindəki mədrəsədə, Şeyx Məhəmməd Ömərın başçılığı altında, 30 tələbə ilə birgə yaradılıb. Talibanları digərlərindən zahirən fərqləndirən xüsusiyyət onların qara çalma və ağ paltar geyinmələridir.

   //ANS Press