İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb

24-05-2020, 16:19
156


İspaniyada cari ilin iyul ayında turizm mövsümü bərpa edilir.

Nəzər Media.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin baş naziri Pedro Sançes deyib.

Nazir bildirib ki, ölkə həm bölgə sakinlərinin, həm də səyahət edənlərin təhlükəsizliyi üçün bütün lazımi tədbirləri görəcək: “Bu barədə aidiyyəti nazirliklər yaxın gələcəkdə detalları açıqlayacaqlar”.

Hansı ölkələrlə hava əlaqələrinin yenidən açılacağı bilinməsə də, nazir tur operatorları yay kampaniyasına başlamağa çağırıb.

Xatırladaq ki, İspaniya koronavirus infeksiyasının ən çox yayıldığı ölkələrin ilk beşliyindədir. Ölkədə bu virusa 234,8 min nəfər yoluxub.