Türkiyədə zəlzələ oldu

8-03-2020, 12:37
141


Türkiyənin Manisa rayonunda 3,4 bal gücündə zəlzələ baş verib.

Nəzər Media.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar martın 7-də yerli vaxtla saat 21:48-də qeydə alınıb.

Zəlzələnin episentri Akhisar rayonunda olub. Yeraltı təkanların ocağı 15,7 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfatlar və dağıntılar barədə məlumat verilməyib.