Rusiyanın Xanti-Mansi muxtar vilayətində mülki helikopter qəzaya uğrayıb.
Kedrovoe kəndi yaxınlığında qəzaya uğrayan AS-350 helikopterinin göyərtəsində 5 nəfər olub: 3 sərnişin və 2 ekipaj üzvü. Helikopterin qalıqlarını və həlak olanların cəsədlərini yerli polis əməkdaşı aşkar edib. Polisin məlumatına görə, göyərtəsində neft şirkətinin əməkdaşları olan helikopter Surqutdan uçurdu.
Rusiya Federasiyasının İstintaq Komitəsinin nümayəndəsi Natalya Qunkinanın TASS-a verdiyi məlumata görə, ilkin məlumata əsasən 4 nəfər həlak olub, bir nəfərin aqibəti isə hələlik naməlumdur.
Hadisə yerində olan Rusiya fövqəlada hallar nazirliyinin nümayəndəsinin məlumatına görə, yerə çırpılan helikopter xırda hissələrə bölünüb.
Bu, Rusiyada son 3 gündə baş verən ikinci hadisədir.
Noyabrın 26-sı ölkənin Krasnoyarsk əyalətinin Turuxan ərazisində Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində 15 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Mi-8 helikopteri "Turuxan" aviaşirkətinə məxsus olub.
//ANS Press
"Kəpəz" "Zirə"ni qəbul edir-START HEYƏTLƏR
"Səbail" "Neftçi"ni qəbul edir-START HEYƏTLƏR
"Sabah" "Sumqayıt" qəbul edir-START HEYƏTLƏR
"İçkimə nəsə qatmışdılar, həmin gecə..." - Roza Zərgərli - VİDEO
"10 dəfə ərə getdi, 20-dən boşandı..." - VİDEO
İtkin düşmüş qadının atası kömək istəyir: “Qızım hələ də tapılmayıb” - FOTOLAR
10 İŞİD mənsubu həbs edildi
Almaniyada yağış fəsadlara səbəb olub
"Toşiba" 4 min işçini ixtisar etməyi planlaşdırır
Sergən Yalçın "Beşiktaş"a gəlmək üçün üç şərt irəli sürdü
Bir Türk əsgəri şəhid oldu
Avtomobil maniələrə və ağaclara cırpıldı: 1 yaralı
Naməlum çantada olan bomba təşvişə səbəb olub
Üç mərtəbəli binada yandı: 7 yaşındakı uşaq öldü
16 nəfər qanusnuz mühacir saxlanıldı