Rusiyada yaşayış evində yanğın olub, 8 nəfər ölüb

16-09-2019, 11:36
125


Rusiyanın Krasnoyarsk şəhərində yaşayış evində yanğın olub.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətində bildiriblər.

Məlumata əsasən, yanğın nəticəsində dördü uşaq olmaqla 8 nəfər həlak olub.

Yanğın saat 00:04-də lokallaşdırılıb, 00:36-da isə söndürülüb. Yanğının səbəbi müəyyən edilir.

//Trend