Fransanı qana bulayan şəxs məhv edildi

19-11-2015, 11:17
254

Fransanı qana bulayan şəxs məhv edildiNoyabr ayının 13-də Fransada 132 insanın ölümünə səbəb olan terror hadisələrini planlaşdıran "Əbu Ömər əl Belçiki” ləqəbli Əbdülhəmid Əbaud öldürülüb.

Fransız polisi dünən terrorun təşkil edilməsində əsas rol oynayan şəxsin yaxalanması üçün şəfəq əməliyyatı keçirib.

Əbdülhəmid Əbaudun adı bundan qabaq da bir neçə terror aktında hallanıb. Suriyadan Avropaya keçən Əbaud İŞİD-in tərkibində Avropaya keçə bilməsini belə ifadə etmişdi: "Kafir, Allah tərəfindən kor edilmişdi. Hətta sərhəddin bir məsul işçisi məni saxladı. Onun əlində axtarılan şəxs qismində mənim fotom var idi. Ancaq həmin şəxs məni bənzədə bilmədi. Bu Allahın lütfündən başqa bir şey değil".

Öldürülən şəxs terror təşkilatının tərkibinə 2014-cü ildə Suriyada qatılıb.

Hadisədən sonra Parisin prokuroru François Molins mətbuata açıqlama verərək anti-terror əməliyyatları zamanı 2 nəfərin öldüyünü, terror planlaşdırılan evin isə tamamən məhv edildiyini bildirib.

Əməliyyat zamanı 8 nəfərin də həbs edildiyini deyən prokuror, həmin şəxslərin arasında Salah Adeslamın olmadığını bildirib. Ancaq əməliyyat zamanı partladılan evdə hələlik kimliyi təspit edilməyən şəxslərin də olduğu bildirilir.

Noyabr ayının 16-də Parisdə baş verən terror aktlarını planlaşdıran belçikalı Əbdülhəmid Əbaudun yaxalandığı barədə məlumatlar yayılmışdı. Fransa hüquq-mühafizə orqanları terror aktlarını Ə. Əbaudun planlaşdırdığını və onun Belçikada yaxalandığı barədə məlumat yaymışdılar.

Yayılan məlumata görə, Fransa polisi paytaxt Parisdə baş verən terror aktları sonrası genişmiqyaslı araşdırmalar aparıb və və hadisələri törədən şəxslərin kimliyini müəyyən edib. Əbaudun daha əvvəl paytaxtda kilsə və sürət qatarına hücum etmək niyyətində olduğunu da müəyyən edilib.

Belçikada Əbdülhamiddən başqa daha 6 nəfərin şübhəli şəxs qismində nəzarətə götürüldüyü bildirilirdi.

   //ANS Press