Rusiyada yeni tapançanın kütləvi istehsalına başlanıb

12-04-2019, 14:38
123


Rusiyada yeni "Udav" tapançasının kütləvi istehsalına başlanıb.

"Rostex" korporasiyasının məlumatına görə, 9 millimetr kalibrli "Udav" tapançası kütləvi istehsala çıxarılıb.

Məlumata əsasən, tapançanın istehsalında kompozitlərdən istifadə olunması onun çəkisinin azaldılmasına və istismar xarakteristikasının yüksəldilməsinə imkan verib. Tapança 50 dərəcə şaxtadan 70 dərəcə istiyədək hava şəraitində istifadə oluna bilər. Silahın atəş məsafəsi 50 metr, sandığının tutumu 18 güllədir.

//AzərTAc