Tramp Ərdoğana Güləni ekstradisiya edəcəyinə söz verməyib

18-12-2018, 20:15
103


ABŞ prezidenti Donald Tramp G20 sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşü zamanı FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyası ilə bağlı üzərinə öhdəlik götürməyib.

Bu barədə Birləşmiş Ştatların Prezident Administrasiyasının əməkaşına istinadən "Reuters" məlumat yayıb.

"G20-də prezident Ərdoğanla görüş zamanı prezident Güləni ekstradisiya edəcəyinə dair üzərinə öhdəlik götürməyib", - deyə Ağ evin yüksəkçinli əməkdaşı bildirib.

//Report