Strasburqda baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb

17-12-2018, 15:26
150


Fransanın Strasbuq şəhərində dekabrın 11-i baş vermiş silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Milad yarmarkasında silahlı hücumda yaralananlardan biri xəstəxanada dünyasını dəyişib.

Beləliklə, dekabrın 11-i baş vermiş silahlı hücum nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Xatırladaq ki, dekabrın 11-si 29 yaşlı Şerif Şekat Strasburq şəhərində milad yarmarkasında insanlara atış açıb. Hadisə nəticəsində 3 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Dekabrın 13-ü axşam saatlarında Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin gizləndiyi yeri təyinediblər. Xüsusi əməliyyat zamanı Ş.Şekat silahlı müqavimət göstərib və polis tərəfindən zərərsizləşdirilib.

Silahlı hücuma görə cavabdehliyi İŞİD terror qruplaşması öz üzərinə götürüb.

//Trend