Lyej teraktı: İŞİD cavabdehliyi üzərinə götürüb

31-05-2018, 12:45
527


İŞİD terror qruplaşması Belçikanın Lyej şəhərində baş verən terror aktına görə cavabdehliyi öz üzərinə götürüb.

Mayın 29-u Benjamin Erman adında şəxs şəhərin mərkəzində insanlara hücum edib. O, 2-si polis olmaqla 3 nəfər qətlə yetirib. Bundan əlavə onun daha əvvəl bir nəfəri də qətlə yetirdiyi bildirilir.

Polis əməkdaşları hücum edən şəxsi saxlmaq istəyən zaman, o 4 polis əməkdaşını yaralayıb. Polislər B.Ermanı güllələmək məcburiyyətində qalıb.

//Trend