Nyu-York ştatında təyyarə qəzaya uğrayıb, ölən var

31-05-2018, 12:33
520


ABŞ-ın Nyu-York ştatının Lon-Aylend adası yaxınlığında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

Təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub.

Məlumata əsasən, təyyarə qəzaya uğradıqdan sonra alışıb. Hadisə yerinə gələn yanğınsöndürmə briqadası yanğını söndürüb.

Hazırda qəzanın səbəbi araşdırılır.

//milli.az