"Ərini xoşbəxt edə bilmirsənsə, boşan, biz evlənək!" - Kişi üstündə dava düşdü

31-05-2018, 12:26
953


Universitetin son kursunda oxuyan Ayşəgül G.-nin evli olduğunu bildiyi Əkrəm Y. ilə münasibətdə olduğunu arvadı Ebru Y. telefon meajları ilə öyrənib.

Məhkəməyə müraciət edərək boşanmaq istədiyini bildirən Ebru ərizəsində bunları bildirib: "Ərimin telefonunda adı "Ebru İş" olaraq saxlanılan bir nömrədən gələn "Sevgilim, sabah gəl, sənin üçün darıxdım. Evin kirayə pulu da verilməlidir" deyə bir mesaj gördüm. Nömrəyə zəng vurdum. Danışarkən Əkrəmin arvadı olduğumu dedim. Həmin şəxs mənə "Əkrəm mənə evli olduğunu deyib və sənin şəklini göndərib. Sənin sosial media hesablarından da şəklini görmüşəm. Ərin mənə 2 ildir ki, yaxşı baxır. Artıq danışdığımıza görə, boşanın. Mənim universitetim bu il bitir. Evlənmək üçün dərslərimin bitməsini və səndən boşanmasını gözləyirdim. Əkrəm səninlə xoşbəxt deyil, onu xoşbəxt edə bilmirsən" dedi. Mən də boşanmayacağımı və ərimin yaxasını buraxmasını dedim. Daha sonra mənə zəng vuranda məni sosial media hesabları açaraq şəkillərimi masajçı qadın olaraq yükləyəcəyini deyirdi. Ağır söyüşlər söyüb təhqir edirdi. Bunlardan xəbərdar olan ərim ona sadəcə tələbə olduğu üçün kömək etdiyini söylədi, amma sonra evi tərk etdi. Boşanma ərəfəsinə gəldik. Ayşəgüldən şikayətçiyəm".

İfadə verən Ayşəgül G. isə haqqındakı bütün iddiaları rədd edib: "2 il öncə iş axtararkən bir dostumun vasitəsilə Əkrəm Y. ilə tanış oldum. Mən yataqxanada qalırdım, daha sonra o mənə ev tapdı. Evli olduğunu və arvadının kim olduğunu mənə danışmışdı. Bu il dərslərim bitəndən sonra arvadından ayrılacağını və mənimlə evlənəcəyini demişdi. Arvadı mənə zəng vuraraq "Əxlaqsızlıq pulu üçün ərimi aldadırsan, sənin başına iş açaram, səni qardaşıma verərəm, onlar ərim kimi yaşlı deyil, cavandırlar, ərimin yaxasını burax" deyə həqarət və təhdid edib. Mən də "Ərin əgər səni sevirsə, xoşbəxtsinizsə, aranızdan çəkilərəm, amma Əkrəm səni başından silib" dedim. Əkrəmə də arvadının bizi rahat buraxmayacağını və ayrılmaq istədiyimi bildirdim, amma o ayrılıq istəmədi. Şikayətçiyəm."

//Goldnews