Rusiyada xəstəxanada tüstüləmə səbəbindən 131 nəfər təxliyə edilib

29-03-2018, 11:37
235


Rusiyanın Krasnodar şəhərində xstəxanada tüstüləmə olub.

Hadisə səbəbindən 19 xəstəxananın əməkdaşı olmaqla 131 nəfər təxliyə edilib.

Bildrilir ki, hazırda bütün təxliyə edilənlər xəstəxanaya qayıdıb.

Tüstüləmənin səbəbini öyrənmək üçün hadisə yerində sınaq yanğın laboratoriyasının mütəxəssisləri işləyir.

//Trend