5 milyonluq qaraçı toyu: bəyin 14, gəlinin 13 yaşı var - VİDEO

29-03-2018, 11:21
561


Ukraynanın Zakarpatye vilayətindəki Vinoqradov şəhərində "ilin toyu" olub.

Toyda təzə bəyin 14, gəlinin isə 13 yaşı vardı.

Bəyin valideynləri toy hədiyyəsi olaraq gəlinə toplam ağırlığı 12,2 kq olan zinyət əşyaları alıblar. Həmin bəzəklərdəki brilyant və almaz qaşların çəkisi isə 15 karat idi. Bundan başqa, toy hədiyyələri arasında bəy üçün alınmış Bentley də vardı.

Gəlinə isə valideynləri cehiz qismində ümumilikdə 830 min avroluq bank hesabları, 2 villa, 4 mənzil, 7 avtomobil, 3,8 kq qızıl-zinyət əşyaları veriblər.

5 milyon dollara başa gəlmiş toyda gəlinin əynində 564 min avroluq geyim vardı. Onun bəzəklərinin dəyər isə 1,2 milyon dollardan artıqdı.

Toyun xərclərinin əksəriyyəti qonaqlara verilmiş qara kürü, butulkası 4500 avrodan olan şərablar, habelə dəvət olunmuş müğənnilərlə bağlı idi.

Toya gələn qonaqlar arasında tam əksəriyyəti ən bahalı avtomobillərdə idilər.
Videonu izləmək üçün şəklə klikləyin:
5 milyonluq qaraçı toyu: bəyin 14, gəlinin 13 yaşı var
//milli.az