Tailandda kriptovalyuta əməliyyatları qadağan olundu

13-02-2018, 12:17
131


Tailand Mərkəzi Bankı ölkə ölkənin maliyyə təşkilatlarına kriptovalyuta əməliyyatlarını həyata keçirməyə qadağan edib.

Qadağa kriptovalyutaya yatırımı və onun satışını, mübadilə əməliyyatlarını və müvafiq ticarət platformalarının yaradılmasını əhatə edir.

Bundan əlavə, banklara öz müştərilərinə kriptovalyutanın əldə edilməsi məqsədi ilə kreditlərin verilməsi qadağan edlib.

Məhdudiyətlərin səbəbi olaraq kriptovalyutanın pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə oluna biləcəyi göstərilir.

//Trend