Dağıstanda üç ev və məscid yanıb

11-12-2017, 16:40
132


Dağıstanın Axvax rayonunda yanğın hadisəsi qeydə alınıb.

Kvankero yaşayış məntəqəsində 3 fərdi ev və məscid tamamilə yanıb. Alov 1200 kvadrat metr ərazini əhatə edib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin məlumata əsasən, zərərçəkən yoxdur. Hadisənin səbəbləri araşdırılır.

//APA