Microsoft Office 2019 təqdim olundu

3-10-2017, 16:44
188


"Microsoft şirkəti" 25-29 sentyabr tarixlərində Orlando şəhərində keçirilən "Ignite" adlı konfransında "Office 2019" yeni proqram paketini təqdim edib.

Sözügedən proqram paketinin tərkibinə ənənəvi "ofis", amma müasirləşdirilmiş proqramlar, həmçinin "Word", "Excel", "PowerPoint" və "Outlook" proqramlarının kliyent versiyaları, həmçinin "Exchange", "SharePoint" və "Skype" daxil ediləcək.

"Microsoft" şirkəti yeniliklər haqda az məlumat verib. Məlumdur ki, "Word" proqram təminatının təhlükəsizlik sistemi yaxşılaşdırılacaq. "Excel" məlumatların təhlili üçün yeni diaqramlar, "Power Point" isə təqdimatların əyaniliyini artırmaq üçün yaxşılaşdırılmış multiplikasiya elementləri ilə təchiz ediləcək.

Həmçinin İT administratorlar üçün yeni imkanlar təqdim ediləcək. Proqramçılar informasiya təhlükəsizliyi, İT sistemlərin idarəetməsi, səs funksiyaları və iş rahatlığı ilə bağlı təkmilləşdirmələrə dair söz veriblər.

"Microsoft" 2018-ci ilin ikinci yarısında "Office 2019" proqram təminatına ictimai girişi təmin etməyə hazırlaşır.

//milli.az