Ərdoğan Donald Tusk və Jan-Klod Yunkerlə görüşəcək

19-05-2017, 16:56
29


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşəcək.

Avropa Komissiyasının mətbuat katibi Marqaritis Skinas görüşün mayın 25-də Brüsseldə baş tutacağını deyib.

Qeyd edək ki, R.T.Ərdoğan mayın 25-də NATO-nun yeni qərargahının açılış mərasimində iştirak edəcək. Tədbir çərçivəsində Türkiyə Prezidentinin bəzi ölkə liderləri ilə görüşlər keçirəcəyi gözlənilir..

//Trend