2 yük avtomobili toqquşub

19-05-2017, 16:25
10


Bakı şəhəri, Qaradağ rayonunda 2 ədəd yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli XilasetməXidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 02:49-da başa çatıb.

//milli.az