Venesuelada etirazlar zamanı 58 nəfər xəsarət alıb

19-05-2017, 16:21
214


Venesuelanın paytaxtı Karakasda təhlükəsizlik qüvvələri və nümayişçilər arasında toqquşmalar nəticəsində azı 58 nəfər xəsarət alıb.

Baruta rayonunun icra hakimiyyətinin başçısının məlumatına görə, yerli tibb müəssisələri 34 yaralı gətirilib. Xəsarət alanlarda ikisinin üzlərindən yaralandığı bildirilir. Ciddi xəsarət alan yoxdur. Daha 24 nəfər Çakao rayonunun səhiyyə mərkəzlərinə yerləşdirilib.

//Trend