Kralın sirri açıldı

19-05-2017, 16:14
201


Niderland kralı Villem-Aleksandr kral olmaqdan əlavə, sərnişin təyyarələrində ikinci pilot kimi də çalışır.

Villem-Aleksandr hələ 2013-cü ildə taxta çıxanadək pilotluq lisenziyasını qoruyub-saxlamaq üçün uçuşları öyrənirdi. Buna baxmayaraq, indiyədək heç kim bilmirdi ki, KLM aviaşirkətinin çarter sərnişin reysləri zamanı ikinci pilot kimi sükan arxasında kral əyləşir.

Villem-Aleksandr heç vaxt sərnişinlərə adını açıqlamasa da, bəziləri onu səsindən tanıyıb.

//Axsam.az