ABŞ-da daha bir namizəd nazir olmaq istəmədi

6-05-2017, 14:19
169


Prezident Donald Tramp tərəfindən namizədliyi irəli sürülən Tennessi ştatı Senatının üzvü Mark Grin ordu naziri vəzifəsindən imtina edib.

Bu barədə M.Qrin jurnalistlərə bildirib.
 
Bundan əvvəl M.Qrinin transgenderlərlə bağlı bəyanatları bir sıra Demokrat partiyasının üzvləri və kütləvi informasiya vasitələri tərəfindən tənqid olunub. "Əgər siz psixiatrlardan soruşsanız, onlar transgenderliyin xəstəlik olduğunu deyəcəklər", M.Qrin bildirib. O, həmçinin bircinsiyyətli nikahların qatı əleyhdarıdır.
 
Xatırladaq ki, fevralda milyarder Vinsent Viola ABŞ-ın ordu naziri vəzifəsindən imtina edib.

   //APA