ABŞ Avropaya da bu qadağanı qoyacaq

25-04-2017, 22:17
160


ABŞ prezidenti Donald Trampın administrasiyası Avropadan Amerikaya uçan təyyarələrdə böyük həcmli elektrotexnikanın gətirilməsinin qadağan edilməsi imkanlarının nəzərdən keçirir.
Bundan öncə Donald administrasiyası Şimali Afrika və Yaxın Şərqin 8 ölkəsindən Amerikaya uçan təyyarlərdə elektrotexnikanın gətirilməsinin qadağan edilməsini planlaşdırdığı barədə bəyan etmişdi. Həmin ölkələr Misir, İordaniya, Küveyt, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləridir.

Qadağanın müddətinə gəlincə, bildirilib ki, qeyri-müəyyən vaxtadək olacaq.

//Trend