Şimali Koreyanın sualtı gəmiləri ilə mübarizə aparmaq üçün təlimlər başlayır

3-04-2017, 11:27
263

Şimali Koreyanın sualtı gəmiləri ilə mübarizə aparmaq üçün təlimlər başlayırCənubi Koreya, ABŞ və Yaponiya Hərbi-Dəniz Qüvvələri Şimali Koreyanın sualtı gəmiləri ilə mübarizə aparmaq üçün dənizdə birgə təlimlərə başlayırlar.

3 gün davam etməsi planlaşdırılan təlimlər Çedjou adasının yaxınlığında keçiriləcək. Onların məqsədi - Şimali Koreya təhlükəsinə effektiv cavab verməkdir.

Təlimlərdə 3 esmines iştirak edəcək: Cənubi Koreya tərəfində - "Kang Gam Chan", ABŞ tərəfindən - "McCampbell" və Yaponiya tərəfindən - "Sawagiri".

  //Trend