Hava limanına İŞİD hücum edib

25-03-2017, 13:14
231

Hava limanına İŞİD hücum edibBanqladeşin paytaxtı Dəkkənin beynəlxalq hava limanına hücuma görə məsuliyyəti "İslam dövləti" terror qruplaşması öz üzərinə götürüb.

Bu haqda radikal qruplaşmaların internet fəaliyyətini izləyən SITE Intelligence Group məlumat verib.

Qeyd edək ki, terrorçu hava limanında polis postunun yaxınlığında özünü partladıb. Hücum yerli vaxtla saat 20.00-da baş verb. Hadisə nəticəsində terrorçu ölüb. Xəsarət alanlar barədə məlumat daxil olmayıb.

//Trend