Hərbçilərlə ekstremistlər arasında atışma: 7 nəfər öldü

23-03-2017, 14:06
237

Hərbçilərlə ekstremistlər arasında atışma: 7 nəfər öldüPakistanın şimal-qərb bölgəsində silahlılarla baş verən toqquşmada azı 2 hərbçi ölüb.

Qarşıdurma Pakistan təhlükəsizik qüvvələri  Orakzay bölgəsində əməliyyat keçirərkən qeydə alınıb.
 
Məlumata görə, baş vermiş atışma nəticəsində 5 silahlı məhv edilib.
 
Pakistan təhlükəsizlik qüvvələri fevral ayından etibarən ölkədə fəaliyyət göstərən ekstremist qruplaşmalara qarşı əməliyyat keçirir.  
 
Xatırladaq ki, fevralın 16-da Pakistanın Sind əyalətində məsciddə törədilmiş terror aktı nəticəsində 88 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

  //milli.az