Tarixdə ilk qaraciyər köçürülməsi əməliyyatını yerinə yetirən həkim vəfat edib

6-03-2017, 10:08
218

Tarixdə ilk qaraciyər köçürülməsi əməliyyatını yerinə yetirən həkim vəfat edibTarixdə ilk qaraciyər köçürülməsi əməliyyatını yerinə yetirən həkim vəfat edibMüasir transplantalogiya banisi cərrah Tomas Starzl 90 yaşında Pitsburqda öz evində vəfat edib.

Cərrahın ölümü barəsində məlumatı onun şərəfinə adlandırılmış universitet yayıb. Həyatının son 35 ilini Starzl bu universitetdə işləyib.

Qeyd edək ki, Tomas Starzl 1963-cü ildə qaraciyər köçürülməsi üzrə ilk klinik cərrahiyyə əməliyyatını keçirib. Cəmi 4 ildən sonra onun keçirdiyi analoji əməliyyat tarixdə ilk dəfə olaraq uğurla bitib. Starzl Pittsburqda dünyada ilk transplantalogiya mərkəzi yaradıb. Bu mərkəz, artıq 1980-cı illərin sonunda hər il 500-ə yaxın qaraciyər transplantasiyası həyata keçirirdi.

  //Trend