Tramp ABŞ-ın müdafiə xərclərini artırdı

28-02-2017, 17:13
323

Tramp ABŞ-ın müdafiə xərclərini artırdıABŞ prezidenti Donald Tramp federal agentliyə növbəti maliyyə ili üçün ölkə büdcəsinə təklifləri hazırlamağı həvalə edib.

Yeni sənəddə müdafiə xərclərinin artırılması nəzərdə tutulur.

Qəzetin mənbələri bildirib ki, ABŞ digər xərcləri ixtisar etmək hesabına müdafiə xərclərini artıracaq.

Öz növbəsində burada söhbət həm də Ətraf mühitin mühafizəsi Agentliyinə ayrılmış vəsaitlərin "kəsilməsi"ndən gedir. Bununla belə, hakimiyyət sosial və tibbi proqramlara ayrılan maliyyəni azaltmaq niyyətində deyil.

Yeni administrasiyanın məmurları 2017-ci ildə ÜDM-in 2,4% artımından çıxış edərək ABŞ dövlət büdcəsini tənzimləməyi planlaşdırırlar. Seçkiqabağı kampaniya dövründə Tramp ÜDM 3% artırmağı söz vermişdi. Lakin hakimiyyət respublikaçıların prezidentliyi dövründə bu nəticəyə nail olmağa ümid etmir.

Qeyd edək ki, ABŞ-ın 2017-ci il dövlət büdcəsi 4 trilyon dollardır. Büdcədə ABŞ-ın Pentaqona ayırdığı hərbi xərclər 582,7 milyard dollar təşkil edir. 2016-cı ildə ABŞ-ın müdafiə xərcləri 580,3 milyard dollar olmuşdu.

   //Trend