Avstriyanın səhiyyə naziri xərcəngdən vəfat edib

24-02-2017, 12:36
240

Avstriyanın səhiyyə naziri xərcəngdən vəfat edibAvstriyanın səhiyyə naziri Sabina Oberhauzer uzun sürən xərcəng xəstəliyindən vəfat edib. Ötən həftə səhhəti qəfil pisləşən 53 yaşlı sosial-demokrat xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

2014-cü ildən səhiyyə naziri vəzifəsinə təyin olunmuş  Sabina Oberhauzer xəstəliyi barədə 2015-ci ilin əvvəlində məlumat vermişdi.
 
Xəstəlik şiddətləndikdən sonra bu vəzifəni müvəqqəti olaraq sosial məsələlər naziri Aloisu Ştoqeru icra etməyə başlayıb.

//APA