83 yaşlı qadını zorlayan gənc: "Elə bildim, 65 yaşı var"

17-02-2017, 21:32
132

83 yaşlı qadını zorlayan gənc: "Elə bildim, 65 yaşı var"Boluda narkotik maddə istifadə etdiyi deyilən 18 yaşlı L.M.Ç. adlı gənc, iddiaya görə, qonşusu 83 yaşlı Xədicə U.-ya təcavüz etdikdən sonra boğaraq öldürüb.

Hadisə keçən il fevral ayında baş verib.
 
Yaşlı qadına kömək etmək bəhanəsiylə evinə girən L.M.Ç. onu köməksiz hala gətirərək zorladıqdan sonra boğaraq öldürüb.

Nəzarətə alındıqdan sonra 18 yaşlı L.M.Ç. həbs olunaraq cəza evinə göndərilib.

İlk dəfə hakim qarşısına çıxan L.M.Ç.: "Hadisə günü narkotik maddə istifadə etdim. Zorladım, amma öldürmədim. Xədicə U.-nun evinin arasındakı yerdə taxtaları qırıb vedrəyə doldurduğunu gördüm və bu məqamda yanına gedib kömək təklif etdim. Vedrəni alıb evin içinə girdikdən sonra gödəkçəmi çıxardım. Bir müddət sonra çölə çıxdım, amma gödəkçəmi içəridə unutduğumu fərq etdim. Təkrar  içəri girdiyimdə qolundan tutaraq divana oturtdum və əlaqəyə girmək istədim. O istəməyincə mən zorla etdim. Zorladıqdan sonra öz evimə getdim. Bir müddət sonra təcili yardımların gəldiyini görüncə mən də Xədicə U.-nun evinə getdim. Mən onun 65 yaşı olduğunu bilirdim. Narkotik maddə qəbul etməsəydim, əlaqəyə girməzdim", - deyib.

Məhkəmə 6 aprel 2017-ci il tarixinə təxirə salınıb.

   //milli.az