Ukraynada qanlı döyüşlər: 3 ölü, 10 yaralı

17-02-2017, 17:10
40

Ukraynada qanlı döyüşlər: 3 ölü, 10 yaralıSon 24 saat ərzində üç Ukrayna hərbçisi separatçılar tərəfindən öldürülüb.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko jurnalistlərə açıqlamasında bildirib.

"Son 24 saat ərzində 3 qəhrəman hərbçimiz həlak olub, 10 hərbçimiz isə yaralanıb", - deyə qeyd edib.

Qeyd edək ki, atəşkəsin elan olunmasına baxmayaraq, Donetsk vilayətində son günlər Ukrayna ordusu və separatçılar arasında toqquşmalar qeydə alınır.

   //azvision.az