ABŞ dövlət katibinə otellərdə yer tapılmadı

17-02-2017, 16:28
45

ABŞ dövlət katibinə otellərdə yer tapılmadıABŞ-ın dövlət katibi Reks Tillersona Almaniyanın Bonn şəhərindəki otellərdə yer tapılmayıb.

R.Tillerson görüşdə iştirakını təsdiq edəndə şəhərin otellərindəki bütün nömrələr bronlaşdırılıb. Dövlət katibi şəhərdən 30 dəqiqə aralıdakı kənddə, sanatoriyada qalmağa məcbur olub.

Bu, R.Tillersonun dövlət başçısı qismində ilk xarici səfəri olub.

Qeyd edək ki, ötən gün Bonnda G20-nin ("Böyük iyirmilik") nazirlər səviyyəsində görüşü keçirilib.

   //Trend