Otelə SİLAHLI HÜCUM: Ölənlər var

8-02-2017, 16:28
235

Otelə SİLAHLI HÜCUM: Ölənlər varƏş-Şəbab terror qruplaşmasının 3 üzvü Somalinin muxtar bölgələrindən biri olan Puntlenddəki bir otelə hücum edib. Hücumda 4 mühafizə xidmətinin əməkdaşını öldürən terrorçulardan 2-si öldürülüb.

Şəhər qubernatoru Yusuf Mohamed "Reuters" xəbər agentliyinə verdiyi açıqlamada hücumun liman şəhəri Bosassoda səhər saatlarda meydana gəldiyini bildirib.
 
Otel Somaliyə gedən əcnəbilər arasında çox məşhurdur.
 
"Sevindirici haldır ki, terrorçular otaqlara girə bilmədilər", - deyən şəhər meri üçüncü terrorçunun qaçdığını və onu təqib etdiklərini bildirib.

   //milli.az