Meksikada fabrikdə partlayış:42 ölü

26-01-2017, 13:20
218

Meksikada fabrikdə partlayış:42 ölüMeksikada pirotexnika fabrikində partlayış nəticəsində ölənlərin sayı 42-yə çatıb.

Ötən gün Mexikonun yaxınlığında yerləşən xəstəxanada partlayış nəticəsində yanıq xəsarətləri alan 70 yaşlı qadın dünyasını dəyişib.

Qeyd edək ki, dekabrın 21-də Meksikanın Mexiko ştatının Tultepek şəhərində pirotexnika fabrikində partlayış baş vermişdi. Partlayış nəticəsində 20 nəfər hadisə yerində, daha 22 nəfər isə xəstəxanada ölüb.

   //Trend