Barak Obama vida nitqində bu məsələyə toxunmadı

11-01-2017, 15:32
32

Barak Obama vida nitqində bu məsələyə toxunmadıYanvarın 20-də Ağ evdəki kürsüsünü yeni seçilmiş prezident Donald Trampa təhvil verəcək Barak Obama Çikaqoda vida nitqi ilə çıxış edib.

B.Obama 8 illik prezidentliyi dövründə başda iqtisadiyyat olmaqla bir çox sahələrdə uğurlu nəticələr əldə etdiklərini bildirib.

Xarici siyasətə də toxunan dövlət başçısı, maraqlıdır ki, dünyada ən çox müzakirə olunan Suriya böhranından danışmayıb.

Həmçinin B.Obama Rusiya və Çinin ABŞ-ın əsas rəqibləri olduğunu vurğulayıb.

   //Trend