27 yaşlı "daşqın qurbanı" qadını zorlayıb və qarət edib

10-01-2017, 17:05
347

27 yaşlı "daşqın qurbanı" qadını zorlayıb və qarət edibTailandın Samui ada sakini rusiyalı turist qadını zorlamaqda və qarət etməkdə ittiham olunaraq həbs edilib.

Bu barədə bazar ertəsi "Кхао Sot" qəzetinin ingilisdilli internet versiyası yazır.

27 yaşlı tailandlı rusiyalı qadına özünü "daşqın qurbanı" kimi edərək onu motosikldə evə aparmağı xahiş edib.

Qadın razılaşaraq ona sərnişin oturacağında əyləşməyi təklif edib. Motosikl insanların olmadığı yerdən keçəndə, tailandlı rusiyalı qadına təcavüz edib. Təcavüzkar qadını zorlayandan sonra onu qarət edib.

Hadisə cümə günü axşam saatlarında baş verib. Polis cinayətdə şübhəli bilinən şəxsi saxlayıb. Onun üzərində rusiyalı qadının əşyaları aşkarlanıb.

Nəşrin məlumatına görə, şübhəli bilinən şəxs əməlini etiraf edib. Hazırda istintaq məhkəmə-tibbi ekspertizanın nəticəsini gözləyir.

  //oxu.az