Kerri siyasətdən gedir

6-01-2017, 22:26
234

Kerri siyasətdən gedirABŞ-ın dövlət katibi Con Kerri yanvarın 20-dən sonra dövlət qulluqçusu karyerasını bitirəcəyini bəyan edib.

Bu barədə Kerri Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.

"Mənim dövlət qulluqçusu kimi karyeram başa çatdı", - deyə Kerri vurğulayıb.

Hazırda 73 yaşı olan Con Kerri 2013-cü ilin fevralından dövlət katibidir və Barak Obama Administrasiyası ilə birgə istefa verir.

Kerri 30 ilə yaxın müddətdə Massaçusets ştatının senatoru olub. 2004-cü ildə o, Demokratlar partiyasından prezidentliyə namizəd olub, lakin seçkilərdə oğul Corc Buşa məğlub olub.

   //Azvision.az