Trampın xanımı Ağ Evə köçməkdən imtina etdi

21-11-2016, 19:51
51

Trampın xanımı Ağ Evə köçməkdən imtina etdiABŞ-ın yeni seçilən prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp və on yaşlı oğlu Berron andiçmə mərasimindən sonra Ağ Evə köçməyəcək.

Bu barədə jurnalistlərə açıqlamasında Tramp özü məlumat verib.

O, həyat yoldaşının oğlu Berronun təhsili başa çatdıqdan sonra Ağ Evə köçəcəyini qeyd edib.

Hazırda Tramp ailəsi Nyu Yorkdakı "Trump Tower" göydələnində yerləşən penthausda yaşayır.

Qeyd edək ki, ABŞ prezidenti seçilən Donald Trampın andiçmə mərasimi gələn il yanvarın 20-də Vaşinqtonda keçiriləcək.

   //Azvision.az