ABŞ İŞİD-in "paytaxtı"na hücuma hazırlaşır

26-10-2016, 18:54
153

ABŞ İŞİD-in "paytaxtı"na hücuma hazırlaşırABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın Rəqqa şəhərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat hazırlığına başlayıb.

Bu barədə Parisdə ABŞ-ın müdafiə naziri Eşton Karter deyib.

"Biz tərəfdaşlarımızla Rəqqanın təcrid edilməsi üzrə əməliyyat üçün zəmin yaratmağa başlamışıq", - deyə Karter koalisiya ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra mətbuat konfransında qeyd edib.

Fransa MN rəhbəri Jan İv Le Drian Rəqqada İŞİD-ə qarşı əməliyyatın mümkün vaxtı və şərtləri barədə danışmağın hələ tez olduğunu bildirib: "Hər şey əvvəlcədən hazırlanmış plan üzrə gedir", - deyə o qeyd edib.

   //APA