Balıqçılarla dolu gəmi yanır

26-10-2016, 17:17
392

Balıqçılarla dolu gəmi yanırBu gün Sakit okeanda sahildən 150 km məsafədə iki gəmi toqquşub.

Toqquşma nəticəsində gəmilərdə yanğın baş verib.

Hazırda yapon xilasedicilər toqquşmadan sonra alışan "Chin Chun" balıqçı gəmisinə doğru istiqamət alıblar. "Chin Chun"ın göyərtəsində 52 nəfərin olduğu bildirilir, xəsarət alanlar barədə məlumat verilmir.

Toqquşmaya məruz qalan digər gəmi haqqında isə məlumat hələ ki yoxdur.

   //Trend