Twitter ucuzlaşır

8-10-2016, 16:41
276

Twitter ucuzlaşır"Twitter" mikrobloq xidmətinin səhmləri Nyu-York Fond Birjasında 9 faiz düşərək, bir səhmə görə 22,58 dollar təşkil edib.

Bu barədə birja məlumatlarında deyilir.

"Twitter"i almaqda "Salesforce", "Microsoft" və "Verizon" kimi şirkətlər maraqlıdır. "Bloomberg"in qiymətləndirməsinə görə, sosial şəbəkənin dəyəri 16,7 milyard dollar təşkil edir.
 
Bundan öncə "Reuters" agentliyi bildirib ki, "Twitter" mikrobloq xidmətinin satışı ilə bağlı danışıqlar 2016-cı ilin oktyabr ayında baş tutacaq. Sosial şəbəkənin rəhbərliyi özünün potensial alıcılarına bildirib ki, "Twitter"in satışı ilə bağlı danışıqlara oktyabrın 27-dən, şirkətin üçüncü rüb üçün maliyyə hesabatının dərc edilməsindən sonra başlamağı planlaşdırır.

   //Lent.az