Azərbaycan Qazaxıstan vətəndaşını ölkəsinə təhvil verdi

16-08-2016, 13:13
220

Azərbaycan Qazaxıstan vətəndaşını ölkəsinə təhvil verdizərbaycan narkotik maddələrin alverində təqsirli bilinən Qazaxıstan vətəndaşını ölkəsinə təhvil verib.

Arif Əhmədov adlı şəxs cinayət məsuliyyətinə cəlb edilmək məqsədilə Azərbaycandan Qazaxıstana ekstradisiya edilib.

O, qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə külli miqdarda narkotik maddə əldə etmə və satış məqsədilə saxlamaqda şübhəli bilinir.

Qazaxıstan tərəfinin sorğusu əsasında iyul ayında Azərbaycan Baş Prokurorluğu A.Əhmədovun ekstradisiyası barədə qərar qəbul edib. 

 

//Abdulla,Nezer Media.az