Binəli Yıldırım: "Türkiyə və onun iqtisadiyyatı daha da güclü olub"

2-08-2016, 10:12
242

Binəli Yıldırım: "Türkiyə və onun iqtisadiyyatı daha da güclü olub"Türkiyə və onun iqtisadiyyatı hərbi çevrilişə cəhdlərdən sonra daha da güclü olub.

Bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım Ankarada telekonfransda deyib.

"Bizim iqtisadiyyatımız yenə də daş kimi möhkəmdir. Amma indiki vəziyyət bəzi tərəfləri narahat edir",- Yıldırım bildirib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

   //Trend