Səudiyyə Ərəbistanına məxsus hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

26-07-2016, 11:18
360

Səudiyyə Ərəbistanına məxsus hərbi helikopter qəzaya uğrayıb, ölənlər varYəməndə Səudiyyə Ərəbistanına məxsus "Apache" hərbi helikopteri qəzaya uğrayıb.

İnsident paytaxt Sənadan şərqdə yerləşən Marib əyalətində qeydə alınıb.
 
Hadisə nəticəsində helikopterin göyərtəsində olan 2 pilot ölüb. İlkin məlumatlara görə, qəza əlverişsiz hava şəraiti səbəbindən baş verib.
 
Qeyd edək ki, bundan əvvəl Yəmənlə sərhəddə silahlılarla atışma zamanı Səudiyyə Ərəbistanının 5 hərbçisi həlak olub.
 
Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd  Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

   //APA