Şimali Koreya üç ballistik raket buraxdı

19-07-2016, 14:17
357

Şimali Koreya üç ballistik raket buraxdıBu gün Şimali Koreya növbəti dəfə ballistik raketləri sınaqdan keçirib.

Yapon dənizinə doğru daha üç  ballistik raket buraxıb
 
Sınaqların nəticələri barədə məlumat verilmir. İlkin ehtimala əsasən, hərbçilər 300-700 kilometrdən hədəfi vura bilən "Scud" raketlərini sınaqdan keçirib.
 
Şimali Koreya ilin əvvəlindən Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb. Bununla bağlı BMT Təhlükəsizlik Şurası martın əvvəlində KXDR-ə qarşı yeni sanksiyalar paketini yekdilliklə qəbul edib.

   //milli.az