Avtobus yanacaqdaşıyan maşınla toqquşdu: ölənlər var

13-07-2016, 17:12
214

Avtobus yanacaqdaşıyan maşınla toqquşdu: ölənlər var Zambiyada dəhşətli yol qəzası baş verib.

Ölkənin Solvezi və Çinqola şəhərləri arasından keçən magistral yolda 26 nəfərlik sərnişin avtobusu yanacaq daşıyan ağır tonnajlı yük maşını ilə toqquşub. Qəza zamanı 12 nəfər həlak olub, onlarla yaralı var. Yaralılardan bir neçəsinin vəziyyəti çox ağır olaraq qiymətləndirilir.
 
Yerli polis nümayəndəsi isə bildirib ki, avtobus sürücüsünün sərnişin daşımaq səlahiyyəti olmayıb.
 
Digər tərəfdən isə Zambiyada mövcud olan əksər magistral yollar standartlara cavab vermədiyi üçün ölkədə avtomobil qəzalarının sayı artıb.

  //publika.az